Qusar rayon sakini itkin düşüb

Əlixanov Vilyəddin Məlikmirzə oğlu 02.03.2019-cu il tarıxdə səhər saatlarında yaşadığı evdən çıxaraq nəməlum istiqamətdə gedərək itkin düşüb

Sonda Azərbaucan respublikası Daxili İşlər Nazirliyi Qusar Rayon Polis Şöbəsindən aldığımız bir alanı diqqətinizə çatdırırıq

25.03.2019-cu il tarixdə Qusar rayonu İmamqulukənd kəndində yaşayan 07.08.1994-cü il təvəllüdlü Əlixanov Nəriman Məlikmirzə oğlu ərizə ilə Qusar RPŞ-nə müraciət edərək, onunla birgə yaşayan qardaşı 17.01.1991-ci il təvəllüdlü, ruhi xəstə Əlixanov Vilyəddin Məlikmirzə oğlu 02.03.2019-cu il tarıxdə səhər saatlarında yaşadığı evdən çıxaraq nəməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirmişdir. Rayon ərazisində aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, itkin düşmüş Əlixanov Vilyəddin Məlikmirzə oğlunun olduğu yeri müəyyənləşdirmək mümükün olmamışdır.

Əyin paltarlar: qara rəngdə gödəkçə, göy rəngdə cins şalvar, qara rəngdə papaq və qara rəngdə ayaqqabısı olmuşdur.

-Onun əlamətləri: boyu 175 sm, orta bədən quruluşlu, burnu düz, qara saçları, gözlərinin rəngi qarışıqdır.

-Xüsusi əlamətləri: sağ ayağında ağsıyır, nitqində qüsuü var, ruhi xəstədir.

Odur ki, "Polis Haqqında" Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq itkin düşmüş Əlixanov Vilyəddin Məlikmirzə oğlunun axtarılması, onun olduğu yeri barədə məlumatı olan şəxslərdən bu barədə Qusar RPŞ-nə (023 38) 5-28-03, 5-28-35, 5-43-19 və “102” nömrəli telefonlara məlumat verilməsi xahişi göstərilməklə onun fotoşəklinin "Qafqaz Tv" televiziya kanalı vasitəsilə efirdə göstərilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm.