QURBANQULU BERDİMƏHƏMMƏDOV AZƏRBAYCANA SƏFƏRƏ GƏLDİ

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Azərbaycana səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Xalq Məsləhətinin sədrini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Berdiməhəmmədov bu gün Prezident İlham Əliyevlə TƏKBƏ TƏK GÖRÜŞÜ zamanı bildirib ki, Azərbaycan Respublikasına bu səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.