QUBANIN VƏLVƏLƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vəlvələ kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.