QUBANIN AĞBİL KƏNDİNDƏ ŞƏHİD BULAĞININ AÇILIŞI OLDU

Qubada daha bir Şəhidlərin Xatirə Kompleksinin və şəhidin adının əbədiləşdirilməsi üçün inşa edilmiş şəhid bulağının açılışı olub. Bu dəfə xatirə kompleksi və şəhid bulağının açılış mərasimi rayonun Ağbil kəndində idi. Kəndin girişində salınan Şəhidlərin Xatirə kompleksinin yanında indi kəndə gələn qonaqlar da, Azərbaycan torpaqlarının bütövlüyü, azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin anmaq istəyən hər kəs şəhid Bayraxtarov Batdal Mikayıl oğlunun adını daşıyan bulaqdan su içəçək, şəhidlərimizi yad edəcəklər. Şəhidlərin xatirə kompelksinin və şəhid bulağının açılışı ilk olaraq şəhidlərin ruhun yad edilməsi, ardınca isə dövlət himninin səsləndirilməsi ilə başladı. Açılış mərasimində şəhid Bayraxtarov Batdalın ailə üzvləri, Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanı və ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.