QUBANIN ALPAN KƏNDİNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİNİN ANIM MƏRASİMİ KEÇİRİLİB

30 noyabr 2021-ci il tarixdə Quba rayonu Alpan kəndində şəhid Balayev Orxan Vidadi oğlunun həlak olmasının il dönümü qeyd olunub. İldönümü mərasimində Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.