QUBANIN 47-Cİ KİLOMETRİ- QONAQKƏNDDƏ HEYDƏR ƏLİYEV XATİRƏ KOMPLEKSİ QURULUR

Dövlət başçımız İlham Əliyevin kəndlərin sosial infrastrukturunun daha da yaxşılaşdırılması,kənd əhalisinin yaşam vəziyyətinin daha da yüksəldilməsi ilə bağlı tapşırığına uyğun olaraq Quba rayonunun Qonaqkənd qəsəbəsində də bu istiqamətli tədbirlərin icrası davam etdirilir.

Qubanın Qonaqkənd qəsəbəsində ulu öndər Heydər Əliyev xatirə kompleksinin yenidənqurulması və yeni Mədəniyyət evi binasının tikintisinə başlanması sakinlər tərəfindən razılıqla qarşılanıb.Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşən qonaqkəndlilər Quba-Qonaqkənd yolunun tikintisini,bu yaşayış məntəqəsinə ilk dəfə təbii qaz çəkilişini, elektrik enerjisi təminatının yaxşılaşdırılmasını, yeni həkim ambulatoriyası məntəqəsi binasının inşasını dövlət başçımız İlham Əliyevin kənd əhalisinə diqqət və qayğısının təzahürü kimi xarakterizə ediblər.Son dövrlər Qubada geniş vüsət alan abadlıq, tikinti-quruculuq, yol-infrastruktur layihələrindən razılıqla söhbət açıblar. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qonaqkənd qəsəbəsində ulu öndər Heydər Əliyev xatirə kompleksinin yenidənqurulması və yeni Mədəniyyət evi binasının tikintisi layihələri ilə tanış olub.Məlumat verilib ki, qəsəbənin giriş hissəsi əsaslı təmir olunacaq,əsas yol genişləndiriləcək.Kompleksin ərazisi genişləndiriləcək və xüsusi dizayn əsasında yenidənqurulacaq.Burada dekorativ yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi quraşdırılacaq.Ümumi sahəsi 350 kvadratmetr olan Mədəniyyət evi binası isə qəsəbənin mədəni həyatına müsbət töhfələr verəcək.Qeyd olunan layihələrin cari ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur.