YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

Dekabrın 6-da Prezident İlham Əliyevin Qubada açılışını etdiyi yerlərdən biri də rayonun I Nügədi kəndində Heydər Əliyev fondu tərəfindən tikilən 792 yerlik yeni məktəb binası oldu. Qubanın Birinci Nügədi kəndində yeni inşa olunan 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.