QUBADA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Məhkəməsinin,

Quba Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin, Quba Rayon Polis Şöbəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində "Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu" mövzusunda elmi konfrans keçirilib. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Özbəkistanın  Silk Road Research Academy-nin başkanı, filologiya elmləri doktoru, professor Azamat Akbarov,  Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak edib.Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsredilmiş futbol çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib, qalibləri Quba RİH Başçısı Ziyəddin Əliyev kubok və medallarla təltif edib. ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin moderatorluğu ilə konfrans açıq elan edilib. KonfransDövlət Himninin səsləndirilməsi vəÜmummilli Liderin və Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.Daha sonra  Ulu öndər Heydər Əliyevə həsr edilmiş video film nümayiş etdirilib. Konfransın rəsmi hissəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev geniş məruzə nitqi ilə çıxış edib, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı bilgi verib.Daha sonra Quba rayon Prokuroru Namiq Muradov“Azərbaycanda dövlət quruculuğu istiqamətində hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyev amili", Quba rayon Məhkəməsinin sədri Samir Məmmədov “Heydər Əliyev və Azərbaycanda məhkəmə və ədliyyə sisteminin inkişafında yeni mərhələ”,  Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin rəisi Elcan Süleymanov “Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında Heydər Əliyevin rolu”, Özbəkistan Silk Road Research Academy başkanı, filologiya elmləri doktoru, professor Azamat Akbarov “Ulu öndər Heydər Əliyev və Özbəkistan: Beynəlxalq perspektivdən baxış” mövzularında çıxış ediblər. Rəsmi hissə başa çatdıqdan sonar, tədbir bədii hissə ilə davam edib. ADPU-nun Quba filialının tələbələrinin ifasında Ulu öndər Heydər Əliyevə həsr edilmiş şerlər və mahnılar ifa olunub. Sonda tədbir iştirakçılarıxatirəşəkliçəkdirblər.

{youtube}J3poqUn0ZJw{/youtube}