QUBADA “EVDƏ QAL” ÇAĞIRIŞLI AKSİYALAR DAVAM EDİR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən önləyici tədbirlər həyata keçirilir. Lakin bir çox hallarda vətəndaşların öz məsuliyyətini tam dərk etməyərək karantin rejiminə ciddi şəkilidə əməl etmədikləri müşahidə olunmaqdadır.

Məhz ona görə də Quba rayonu ərazisində koronavirus pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə hər gün maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilir. Quba rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür.Operativ qərərgahın üzvləri tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq onlarla profikatik söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılmaları təmin olunur. Yaşı 65-dən yuxarı olan vətəndaşlara bir daha izah olunub ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi onların diqqətinə çatdırılıb.