QUBADA ƏHALİNİN TƏBİİ QAZA TƏLƏBATININ ÖDƏNİLMƏSİ ÜÇÜN VACİB İŞLƏR GÖRÜLÜR

Qubada əhalinin təbii qaza tələbatının təmin edilməsi məqsədilə qaz təchizatı infrastrukturu yenidən qurulur, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərlərinin çəkilişi davam etdirilir,

əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılır.Rayonun Hacıhüseynli kənd inzibati ərazi vahidliyi ərazisində inşa olunan yeni qazpaylayıcı yarımstansiya bu istiqamətdəki yaşayış məntəqələrinin mavi yanacaqla təminatının daha da yaxşılaşmasına, indiyədək təbii qaz olmayan kəndlərin qazlaşdırılmasına zəmin yaradacaq.Qazpaylayıcı yarımstansiyanın inşası vəziyyəti ilə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, bu qurğu gələn ayın ilk ongünlüyündə istismara veriləcək.

Qeyd edək ki, dövlət başçımızın tapşırığına əsasən hazırda Quba rayonunun Təngəaltı-Qonaqkənd  istiqamətindəki yaşayış məntəqələrinin, həmçinin də 3 min nəfərdən artıq əhalisi olan Dəvədabanı massivinin qazlaşdırılması istiqamətində də işlər aparılır.