QUBADA ŞƏHİDLƏRİN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLDİ

Torpaqlarımızın azadlığı və suverenliyi yolunda qəhrəmancasına döyüşərək öz əziz canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılır. Qubanın ən böyük küçələrindən biri, görkəmli Azərbaycan şairi, 18-ci əsrdə Qarabağ hakimi İbrahimxəlil xanın vəziri olmuş Molla Pənah Vaiqifin adını daşıyan küçəni başdan başa işıqlandıran işıq dirəklərinin hər birinin üzərini indi Qubalı şəhidlərin şəkilləri bəzəyəcək.