QUBADA ŞƏHİDLƏR PARKI İSTİFADƏYƏ VERİLİB

Azərbaycanın Milli Qəhrəmanlarının və Vətən müharibəsində canından keçən bütün Qubalı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Şəhidlər parkı istifadəyə verildi. Ümumi sahəsi 8 min kvadratmetr olan parkda 100-ə yaxın şəhidin, Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovun, Albert Aqarunovun və Mübariz İbrahimovun portretləri həkk edilərək xatirələri əbədiləşdirilib.