QUBADA ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ EHTİRAMLA YAD OLUNUB

Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Quba rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb. Ulu öndərin anım günü münasibətilə keçirilən mərasimdə Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, rayonun Heydər Əliyev adına parkında ucaldılmış dahi rəhbərin abidəsi önünə gül dəstələri düzülüb.