QUBADA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNAN İDMAN YARIŞI

Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub.Azərbaycan dövlətinin qurucusu, görkəmli

siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elmi-nəzəri konfranslar və mədəni-kütləvi tədbirlərlə yanaşı, silsilə idman yarışları da keçirilir. Belə yarışlardan biri də Quba rayonunda  təşkil olunub. Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 3 saylı Ərazi Vergilər İdarəsinin idman zalında taekvondo idman növü üzrə yarış keçirilib. Yarışda Quba, Qusar və Xaçmaz rayonlarından 16 çəki dərəcəsi olmaqla, ümumilikdə 68 idmançı iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edildi.Tədbirdə açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq vurğuladı ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən rayon rəhbəri, bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük nailiyyətlərin əsasının qoyulduğunu bildirdi. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bildirdi ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, ölkəmizdə idmanın kütləviliyi tam təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib. Ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədi ilə təşkil edilən belə yarışlar uşaqların fiziki və mənəvi inkişafında, habelə vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır.