QUBADA YOL-İNFRASTRUKTUR LAYİHƏLƏRİN İCRASI SÜRƏTLƏNİB

Dövlət başçımızın tapşırığına əsasən Qubada sosial-iqtisadi və yol-infrastruktur layihələrinin icrası istiqamətində işlər daha da sürətləndirilib. Qubanın Qam-Qam-Töhmər-Talabı-Xarovşa-Talabıqışlaq-Küçeyi-Cağacıq

istiqamətində dağlıq ərazidən çəkilən yeni yol qeyd olunan  kəndlərin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək,bu yaşayış məntəqəsi sakinlərinin yaşam vəziyyətini daha da yaxşılaşdıracaq.Yolun uzunluğu  Qam-Qam-dan Töhmərə 3 km, Töhmərdən Talabıya isə  6 km, eni isə  10 metr nəzərdə tutulur.Qeyd olunan istiqamətdə yolun çəkilişi vəziyyəti ilə tanış olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, hələlik yol  çınqıl örtüklü olacaq. Lakin gələn il bu yol investisiya layihəsinə düşdüyündən 2020-ci ildə vətəndaşlar asvalt yoldan istifadə edəcəklər .

Kəndlərinə qeyd olunan istiqamət üzrə yeni yolun çəkilməsi vətəndaşlar böyük sevinc və razılıq hissi ilə qarşılayıb.Görülən bu önəmli layihələri dövlət başçımızın kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılmasına diqqət və qayğısının təzahürü olduğunu vurğulayıblar

Onu da qeyd edək ki, Qubada kəndlər arası yeni yolların çəkilişi ilə yanaşı kənd və qəsəbələrarası   yaşayış məhəllələrinin. küçələrin asvaltlanması işləri də aparılır. Baxcalı kəndində  350 metr uzunluğunda 4 metr enində asvalt yol çəkilib.Bu kənddə olan rayon icra hakimiyyətinin başçısı kənd əhalisinin arzu və istəklərini dinləyib, mövcud çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verib.

Qubanın Timiryazev qəsəbəsindəki Məhəmməd Əsədov küçəsi də asvaltlanıb.Uzun illər yollarının bərbad olmasından narahatlıq çəkən bu küçənin sakinləri artıq abad, asvalt yoldan istifadə edəcək. Ümumilikdə əraziyə və Xaçmaz yolundan həmin küçəyə giriş-çıxış yollarına  4200 kv metr həcmində  asvalt döşənib.