QUBADA YENİ LİSEY AÇILIR

Qubada 2019-2020-ci tədris ili üçün "Fizika, riyaziyyat və informatika təmayüllü liseyi"nin filialı açılacaqdır.  Lisey köhnə “İstək liseyi”nin yerləşdiyi binada fəaliyyət göstərəcək.

Lisey sinifləri son iki ildə fənn olimpiadalarında yüksək bal toplamış və  tədrisdə fərqlənən istedadlı şagirdlərdən təşkil olunacaqdır. Liseydə təhsil dövlət hesabına və Azərbaycan dilində aparılacaqdır. Liseydə tədris 6,7,8 və 9-cu sinifləri əhatə edəcəkdir. Dərslər beşgünlük iş həftəsi ilə keçiriləcək. Liseyə qəbul olmaq istəyənlər üçün 10 -12 sentyabr 2019-cu il tarixlərində imtahan keçiriləcəkdir. İmtahanlar Azərbaycan dili, riyaziyyat fənlərindən və məntiq testlərindən ibarət olacaqdır. İmtahanlarda iştirak etmək istəyənlər yerli Təhsil Şöbələrinə 10 sentyabr 2019-cu il tarixə kimi müraciət edə bilərlər. Onu da qeyd edək ki, liseyə qəbulla bağlı Quba ilə yanaşı Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri də müraciət edə bilərlər.