QUBADA YARDIM AKSİYASI KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın "evdə qal" çağırışına qoşulan Ay-nur kiçik müəssisəsinin kollektivi yardım aksiyası keçirib.

Aksiya çərçivəsində Quba rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə,həmçinin xidmət sahələrində çalışanlara 1 aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb. Yüzdən çox ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib. Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki,Qubada Dövlət başçımızın ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq sosial həmrəylik nümayiş etdirmək məqsədilə həyata keçirilmiş xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və evdəqal çağrışının təmin edilməsi məqsədilə təşkil olunan bu cür aksiyalar mütəmadi təşkil olunur.