QUBADA VAKSİNASİYA PROSESİ DAVAM ETDİRİLİR

Hal hazırda Azərbaycanda COVID – 19 infek¬siyası əleyhinə 4 növ peyvənddən istifadə edilir. Bunlar “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndləridir. Həkimlərin fikrincə peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar heç bir narahatlığa əsas yoxdur. Belə ki, təlimatlara nəzarət edilir və vaksi¬nasiya prosesində iştirak edən tibb işçiləri yalnız təlimatlandırıldıqdan sonra işə cəlb edilirlər.