QUBADA VAKSİNASİYA PROSESİ DAVAM EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Qubada da Azərbaycanın digər rayonlarında olduğu kimi vaksinasiya işləri uğurla davam etdirilir. Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Tariyel İbrahimov vurğulayır ki, bəzi ölkələrdə hələ koronaviris pandemiyasına qarşı vaksinasiya işlərinə başlanmadığı halda Azərbaycanda vətəndaşların sağlamlığının qayğısına qalınır, Respublikaya karonavirus əlehinə vaksinlər alınır.Hazırda Qubada vaksinasiya prosesi 2 məntəqədə aparılır. Vaksinasiyanın 2 məntəqədə - Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə Diaqnostika Mərkəzində aparılmasının səbəbi vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınmasıdır. Məntəqələrdə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün gərəkli işlər görülüb, peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Tibb işçiləri pandemiyanın qarşşısının alınması üçün vaksinasiyanı ən təsirli vasitə hesab edirlər.Vaksin ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulurdusa indi yaşı 18-dən yuxarı hər kəs vaksinasiya oluna bilər. Qubada koronavirus əlehinə vaksin vurduran rayon sakinləri ilə yanaşı qonşu respublikadan da olan vətəndaşlar iştirak edir. Xatırladaq ki, vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.