QUBADA TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLİB

Qubada keçirilən  regional konfransdan öncə rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov və təhsil işçiləri 

Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi önünə tər çiçəklər düzüb, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Muxtar Məmmədov jurnalistlərə müsahibəsində ötən tədris ilinin yekunları, növbəti ildə ucqar dağ kəndlərində modul tipli yeni məktəblərin tikintisi barədə danışıb. Quba, Xaçmaz və Qusar rayon təhsil işçılərinin regional ənənəvi Sentyabr konfransı dövlət himnimizin səsləndirilməsi ilə öz işinə başlayıb.Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova çıxış edərək regional konfransın işinə uğurlar arzulayıb.Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova hesabat məruzəsində rayon üzrə ötən tədris ilinin uğurlu nəticələrini qeyd etməklə yanaşı xaçmazlı şagirdlərin fənn olimpiadalarındakı nailiyyətlərini,məktəb tikintisi və təmiri vəziyyətini vurğulayıb.Qusar rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev isə hesabat məruzəsində qeyd edib ki,qusarlı abituriyentlərin ali məktəblərə qəbul imtahanlarındakı nəticələri ötən illlə müqayisədə uğurlu olub.təhsildə keyfiyyət ilinin davamı olaraq 2018-2019-cu tədris ilində Qusarın ümumtəhsil müəssisələrində istedadlı şagirdlərlə işin təşkili, şagirdlərə mənəvi, əxlaqi və vətənpərvərlik tərbiyəsinin aşılanması, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyevin təqdim etdiyi hesabat məruzəsində isə vurğulanıb ki,bu il rayon üzrə rekord sayda abuturiyent tələbə adını qazanıb-525 nəfər.regionların Sosial İqtisadi Dövlət proqramlarının həyata keçirilməsi ilə qubada 53 məktəb binası, 3 yeni korpus inşa edilib və 16 yeni modul tipli məktəb quraşdırılıb. Nəticədə Qubadakı yeni təhsil müəssisələrinin sayı 71-ə, əsaslı təmir olunanların  sayı isə 12 olub.Dövlət başçımızın sərəncamı əsasında  inşa olunan 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi bu tədris ilində pedoqoji kollektivin istifadəsində veriləcək.Heydər Əliyev fondu tərəfindən 1-ci nügədi kəndində inşa ilunan 780 şagird yerlik məktəbdə tikinti işləri sürətlə davam etdirilir, Zərdabi qəsəbəsində isə yaxın günlərdə yeni məktəb binasının tikintisinə başlanacaq.