QUBADA SƏRGİ-SATIŞ YARMARKASI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 845
			
	
        
		
			
		
		
	
	
		Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti KOB Fest sərgi-satış yarmarkası Qubada  keçirildi.Yarmarkada Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, sahibkarlar və vətəndaşlar iştirak etdilər.
Sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd  Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıdı.
Rayonun Nizami Parkında təşkil olunan “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edildi və satışı keçirildi. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				