QUBADA QURUCULUQ İŞLƏRİ DAVAM EDİR

Xanəgah kəndi Quba rayonundakı  qədim yaşayış məntəqələrindəndir.Adı ziyarətgah yeri, pir anlamı verən Xanəgahın  ağsaqqalları bir neçə gün öncə  Rayon İcra Hakimiyyətinə

müraciət edərək  kəndin kənarından keçən Çağacıq çayı üzərində körpü tikintisini xahiş etmişdilər. Çünki hazırda 800 nəfərdən artıq əhalinin yaşadığı bu kəndin qəbiristanlığı çayın qarşı tərəfində yerləşir.Körpünün olmaması səbəbindən çayda suyun səviyyəsi artan zaman qəbiristanlıqda dəfn və ziyarət mümkünsüz olur. Xanəgahlı ağsaqqalların bu önəmli müraciəti nəzərə alınaraq çay üzərində körpünün tikintisinə başlanıb. 

Xanəgah kəndində çağacıq çayı üzərində yeni körpünün inşası vəziyyəti ilə maraqlanan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, tikinti işləri 20 gün ərzində yekunlaşdırılacaq və xanəgahlıların istifadəsinə veriləcək.İcra başçısı kəndin mərkəzindən keçən əsas yoldan yeni körpüyə və kənd qəbiristanlığınadək olan ərazinin də abadlaşdırılaraq yeni asvalt yol çəkilməsi barədə və bu işlərin sürətli və keyfiyyətli icra olunması barədə tapşırıq verib.

Quba şəhərinin Ərdəbil küçəsi sakinlərinin Rayon İcra Hakimiyyətinə müraciətləri də müsbət həllini tapıb.Bu məhəllənin qadınları yaşadıqları ərazinin abadlaşdırılmasını və asvaltlanmasını istəmişdilər.Cəmi 2 gün ərzində bu istəklər reallaşdırılıb.Ərdəbil küçəsində aparılan abadlıq işlərini dövlət başçımız İlham Əliyevin hər bir ölkə vətəndaşı kimi qubalılara da xüsusi diqqət və qayğısı, insanların yaşayış vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi önəmi kimi dəyərləndirən sakinlər razılıqlarını ifadə ediblər.

Ərazidə aparılan abadlıq işlərinə baxış keçirən rayon rəhbərliyini istəklərinin  nəzərə alınmasından sevincli olan  qubalı xanımlar özlərinin bişirdiyi ləziz təamlı, şirniyyatlı çay süfrəsinə qonaq ediblər. Süfrə arxasında son illər ölkəmizin inkişafı, tərəqqisi, əhalinin  sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən razılıqla söhbət açılıb.