QUBADA QADINLAR FƏXRİ FƏRMANLARLA TƏLTİF EDİLDİLƏR

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən 8 Mart-

Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhid anaları, mədəniyyət işçiləri və KİV  nümayəndələri  iştirak ediblər. Əvvəlcə Ümummili Lider Heydər Əliyevin,eləcə də respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan  Mədəniyyət Məkəzinin direktoru cəmiyyətdə qadınların rolundan, o cümlədən mədəniyət sahəsində çalışan şəhid analarının əzmkarlığından söz açıb. Daha sonra çıxış edən Quba rayon MKS-nin direktoru qadınları təbrik edərək onların rayonun mədəni-ictimai həyatındakı fəal rolundan bəhs ediblər. Tədbirdə Mədəniyyət sahəsində çalışan şəhid anaları, fəal mədəniyyət işçiləri,eləcə də taqaüdə yola salınan xanım mədəniyyət işçiləri səmərəli fəaliyyətlərinə görə Fəxri-Fərmanlarla tərtif ediliblər. Tədbirdə çıxış edən şəhid anaları və mədəniyyət işçiləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.Tədbir çay süfrəsi arxasında yerli incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam edib.