QUBADA PREZİDENT İLHAM ƏLİYEVƏ DƏSTƏK YÜRÜŞÜ KEÇİRİLİB

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq başa çatıb. Exit-pollun nəticələrinə görə, seçicilərin 92,60 faizi İlham Əliyevə səs verib. İlham Əliyevin seçkilərdə inamlı

qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Qubada böyük coşqu ilə qeyd olunub. Bu məqsədlə Quba şəhərində avtoyürüş keçirilib. Yürüş şəhərin Heydər Əliyev prospektindən başlayaraq, YAP Quba rayon təşkilatının inzibati binasının qarşısına kimi davam edib. Yürüşdə yerli sakinlər İlham Əliyevin seçkilərdəki qələbəsini Azərbaycan bayraqları və səsləndirdikləri şüarlarla qeyd edərək, şəhərdə dövrə vurublar.