QUBADA ORDUMUZUN 104 YAŞI QEYD OLUNDU

Quba şəhərindəki 28 May Mədəniyyət və İstirahət parkında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi münasibətilə keçirilən konsertdə respublikanın tanınmış incəsənət ustaları və rayonun mədəniyyət müəssisələrinin kollektivləri musiqi nömrələri ilə çıxışlar ediblər.Bayram tədbirində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əlamətdar günün tarixindən və Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz yerini tutub. Bayram tədbirində Prezident İlham Əliyev sərəncamları ilə təltif olunan Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub. Çıxışlardan sonra tədbir iştirakçıları bayram konsertini izlədilər.