QUBADA OD ÇƏRŞƏNBƏSİ QEYD OLUNUB

Quba şəhərinin Dəvədabanı yaşayış massivində təmiz çərşənbə layihəsi çərçivəsində qeyd olunan od çərşənbəsində Quba rayon İcra Hakimiyyəti, Quba Destinasiya Menecmenti Təşkilatı,Regional İnkişaf İctimai Birliyinin Quba Nümayəndəliyi və Quba Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirakçıları baharın gəlişi, novruzun od çərşənbəsi münasibətilə təbrik edib.Qeyd edib ki, qədim tarixə malik olan Novruz bayramını qubalılar sosial-iqtisadi ,tikinti-quruculuq sahələrində mühüm nailiyyətlərlə qeyd edir.Həmçinin bahar fəslinin gəlişi ilə rayonda bir sıra mühüm sosial layihələrə, tikinti-quruculuq işlərinə start veriləcək. Çıxış edən könüllü gənclər Təmiz çərşənbə layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.Rəsmi hissədən sonra Çərşənbə tonqalı alovlandırılıb.Tonqal ətrafında birlik, həmrəylik rəmzi olaraq yallı oynanılıb.Baharın gəlişinin həm də təmizlik,abadlıq ovqatlı olmasını qeyd edən iştirakçılar Dəvədəbanı yaşayış massivi ərazisində iməclik də keçiriblər.Könüllülərin aksiyasına qoşulan qubalılar ərazini tullantılardan təmizləyib,səliqə-səhman yaradıblar.Sonra tədbir tonqal ətrafında bayram,şirniyyatlı çay süfrəsi ilə davam etdirilib,rayon mədəniyyət evi kollektivinin konsert proqramının ifasında şənlik təşkil edilib.