QUBADA NÖVBƏTİ DƏFƏ VİDEOBAĞLANTI İLƏ MÜŞAVİRƏ KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin inzibati ərazi dairə nümayəndələri (İƏD) ilə videobağlantı vasitəsilə keçirdiyi müşavirədə rayonda Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 aprel 2020-ci il tarixli 144 saylı qərarının, təlimat və tövsiyələrinin yerlərdə icra olunması istiqamətində əməli tədbirlərin görülməsi,

xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət edilməsi, inzibati ərazi dairələri (İƏD) nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması, sosial dəstəyə ehtiyacı olan insanlara yardım göstərilməsi ilə bağlı tapşırıqlar verilib. Bununla yanaşı, İƏD nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələrin nəzarətə götürülməsi, bu kateqoriyadan olan insanlara sosial dəstək layihələrinə sahibkarların və iş adamlarının da cəlb olunması istiqamətində təbliğat xarakterli fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İcra başçısı Ziyəddin Əliyev aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə verdiyi tövsiyə və tapşırıqların daim diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib. İcra başçısı hazırda müşahidə olunan həssas dönəmdə dövlətimizin başçısının “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq, hər kəsin məsuliyyətli olması və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərmələri barədə göstəriş verib.Eyni zamanda DOST İŞ xətti ilə ödənişli ictimai işlərə işə qəbulda ədalətli və şəffaf seçimin vacibliyi, nümayəndəlik ərazisində torpaq sahələrinin zəbti və qanunsuz tikililərin qarşısının alınması yönündə nəzarətin gücləndirilməsi,karantin rejimində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə razılıq icazə arayışlarının verilməsində obyektivliyə riayət olunması ilə bağlı icra nümayəndələrinə tövsiyyə və tapşırıqlar verilib.Müşavirə zamanı İnzibati Ərazi Dairələri üzrə səlahiyyətli nümayəndələrin kənd və qəsəbələrin movcud sosial-iqtisadi vəziyyəti,əhalinin ərzaq məhsulları ilə təminatı sahəsində görülən işlərlə bağlı hesabatları da dinlənib.