QUBADA "KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ CƏMİYYƏTİN ROLU" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin iştirakı ilə "Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş korrupsiyaya qarşı mübarizədən bəhs edilən kitab və müxtəlif nəşrlərdən ibarət sərgiyə baxış keçirdilər. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Döblət Himni səsləndirilməsi və Umummilli Lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr, həmçinin hər bir vətəndaşın korrupsiyaya qarşı mübarizədə qanunamüvafiq şəkildə aktiv fəaliyyət göstərməsi barədə tədbir iştirakçılarına ətraflı bilgi verdilər. Tədbir iştirakçıları maraqlandıran sualların peşəkar hüquqşünaslar tərəfindən cavablandırılması ilə davam edib. Sonda maarifləndirici video-çarx nümayiş olunub.