QUBADA KONSTİTUSİYA GÜNÜ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB
Baxış sayı: 15
12 noyabr 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon rəsmiləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin digər nümayəndələri və gənclər iştirak edib.
Çıxışlarda bu günün müstəqil Azərbaycan Respublikasının və xalqımızın tarixində ən əlamətdar günlərdən biri - Konstitusiya Gününün 30 illik yubileyinin qeyd olunmasından, 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsinin nəticəsində əsas müəllifi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev olan və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən Konstitusiya layihəsinin əksər səs çoxluğu ilə qəbul edilməsindən danışııb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində respublikamız dünyanın iqtisadi cəhətdən sürətli inkşaf edən ölkələrindən birinə, regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.
