QUBADA DAHA BİR ONLAYN MÜŞAVİRƏ BAŞ TUTUB

5 iyun 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin inzibati ərazi dairə nümayəndələri (İƏD) və bələdiyyə sədrləri ilə keçirdiyi onlayn müşavirədə

ölkəmizdə icrası uğurla davam etdirilən iqtisadi,hüquqi,struktur və digər sahələri əhatə edən islahatlardan,Qubada koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlərdən, sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi, həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər geniş müzakirə olunub.Həmçinin Milli Məclisin İnzibati xətalar məcəlləsinə dəyişiklik etməsi və tibbi maskalardan istifadə etməməyə görə ciddi cərimələr nəzərdə tutulduğu xatırladılıb və bu istiqamətdə əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.Videomüşavirədə rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev həmçinin vurğulayıb ki, hər bir vəzifəli şəxs kimi icra nümayəndələri və bələdiyyə sədrləri də öz üzərlərinə düşən vəzifəni layiqincə və vicdanla yerinə yetirməli,vətəndaşlarla dövlət arasında olan əlaqələrin,inamın və etibarın daha da möhkəmlənməsinə xidmət etməlidirlər.Ödənişli ictimai işlərə ehtiyacı olan insanların cəlb olunması işi daim ciddi nəzarətdə saxlanmalı,xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşlara yardımların təqdim olunmasında şəffaflıq və ədalətlilik prinsipi qorunmalıdır.Onlayn müşavirədə yerli icra nümayəndələri və bələdiyyə sədrləri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər.Eyni zamanda yerlərdə kommunal xidmətlərin daha da yaxşılaşdırılması,bu istiqamətdə həlli vacib məsələlər də ətraflı müzakirə olunub.