QUBADA BU SAATA OLAN SEÇİCİ AKTİVLİYİ

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Quba rayonunda da növbədənkənar prezident seçkilərində seçicilər yüksək əhval-ruhiyyədə iştirak edirlər. Səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir. Qafqaz TV –nin çəkiliş qrupu Quba şəhərindəki bir neçə seçki məntəqəsində olub. Əməkdaşlarımızın saat 15.00- a olan seçici aktivliyi barədə əldə etdikləri bilgiləri təqdim edirik.Seçki məntəqəsində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrini aparmaları üçün hər cür şərait yaradılıb.Müşahidəçilər səsvermə prosesini izləyir. Həmçinin seçki prosesinin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə seçki məntəqələrində veb-kameralar da quraşdırılıb. Qeyd edək ki, Səsvermə səhər saat 8.00-da başlayıb və axşam saat 19.00-a kimi davam edəcək.Xatırladaq ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.