QUBADA BEYNƏLXALQ FESTİVAL KEÇİRİLDİ

Beynəlxalq İpək Yolu Ədəbiyyat festivalının Azərbaycan turunun final mərhələsi Qubada təşkil edildi Respublikanın tanınmış söz, qələm ustadlarının seçimi idi Beynəlxalq İpək Yolu festivalının final turuna kimlərin vəsiqə alması. Yüzlərlə gənc yazarın içindən ən istedadlı yaradıcı gənc yazarın yalnız 32-i qatılamaq şansı əldə etdi bu festivalın final turuna. Final turunun Qubada təşkil edilməsi də təsadüf olmadı. Çünki Azərbaycanın tanınmış söz, sənət ustadlarının vətənidir Quba. Qubada 2 gün davam edən Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun Final mərhələsinin açılış mərasimində finala vəsiqə qazanan 32 iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti və fəxri qonaqlar iştirak ediblər. “Sonda ədəbiyyat qalib gələcək!” devizi ilə keçirilən festivalın açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, AYB-nin sədr müavini Rəşad Məcid, yazıçılar Varis Yolçuyev, Əlibala Məhərrəmzadə, yazıçı puplisit Əkbər Qoşalı, şair Ramiz Qusarçaylı və başqa qonaqlar çıxış edərək, festivalın əhəmiyyətindən danışıb, finala vəsiqə qazanan iştirakçıları təbrik ediblər.