QUBADA BAYRAM YARMARKASI TƏŞKİL EDİLİB

Qubada Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil edilib. Yarmarkanın təşkil olunmasında əsas məqsəd kənd təsərrüfatı ilə məşğul olan insanların istehsal etdikləri məhsulları bir başa alıcıya təklif etmək fürsətinin və eləcə də alıcıların bazar qiymətlərindən daha aşağı qiymətə bu məhsulları əldə etmə imkanlarının qazanmalarıdı. Bayram yarmarkasında iştirak edən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev yarmarkadakı qiymətlərlə tanış olub.