QUBADA BAYRAM ATƏŞFƏŞANLIĞI OLUB

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar axşam saatlarında Quba şəhərinin "Quba meydanı"adlanan mədəniyyət və istirahət parkında möhtəşəm

bayram atəşfəşanlığı    təşkil olundu. Bayram atəşfəşanlığı rayon sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib. Hamıdan daha çox sevinən körpə fidanlar  Quba səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.