QUBADA 30-DAN ÇOX KƏNDLƏ ƏLAQƏ KƏSİLİB

Qubada Qaraçayın üzərindəki körpünün çökməsi ilə əlaqədar 30-dan çox kəndin yolu bağlanıb. Güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çökərək təhlükəli vəziyyətə düşüb. Hazırda körpü bağlandığından rayonun onlarla kəndi ilə əlaqə kəsilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev aidiyyəti orqanların rəhbərləri və mütəxəssislərlə körpüdə yaranmış qəzalı vəziyyətlə yerində tanış olublar. Mövcud vəziyyət ətraflı müzakirə olunaraq, qısa vaxt ərzində görüləcək tədbirlər müəyyənləşdirilib.