QUBA “SOYQIRIMI MEMORİAL KOMPLEKSİ”NİN YARADILMASINDAN 12 İL ÖTÜR
Baxış sayı: 12
2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri görülərkən kütləvi məzarlıq aşkar edilib. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m2 olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilib. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Açılışda Prezident İlham Əliyev və ı vitse prezident Mehriban xanım Əliyeva iştirak etmişlər. Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: xatirə abidəsi, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi. Qeyd edək ki, kompleks açıldığı gündən buranı 1 milyon 200 mindən çox insan ziyarət edib. Onlardan 200 mindən çoxu xarici ziyarətçilərdir. Gələn yerli və xarici ziyarətçilərə 4 dildə- Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı bilgilər verilir.