QUBA ŞƏHİDLƏR XİYABANINDA TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANIB

Can verib yurdumuzu yaşadan şəhidlərimiz, qan töküb yeni bir zəfər səlnaməmizə imza atan qazilərimiz məmləkətimizin baş ucalığı,xalqımızın iftixar duyulanlarıdır.Vətən üçün savaşıb dövlət və xalq adına Zəfər tarixi yazanlarımız daim ehtiramla xatırlanacaq, şücaətləri gələcək nəsillər üçün dastanlaşacaq. Quba rayonunda da şəhid qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad olunur.Rayonun Şəhidlər Xiyabanının yenidən qurulması, fədailər ziyarətgahında aparılan təmir-bərpa işləri qubalıların əməliylə ölməzləşənlərə ehtiramının nümunəsidir.