QUBA VƏ QUSARIN DAĞLIQ ƏRAZİLƏRİNƏ QAR YAĞIB

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb. Şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb. Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.