QUBA SAKİNİ 100 YAŞINI QEYD EDİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 877
			
	
        
		
			
		
		
	
	
		Quba rayonun sakini Kazimov Yunus Məmmədağa oğlunun 100 yaşı tamam olub.   Veteranı təbrik etmək üçün Quba Rayon İcra Hakimiyyətinin  Başçısı   Ziyəddin Əliyev Timiryazev kəndində onu ziyarət edib. Rayon rəhbərinin də iştirak etdiyi görüşdə müharibə veteranına hədiyyələr təqdim olunub. Görüş zamanı  Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərdiklərindən bəhs edilib.100 yaşlı Quba sakini ilə görüşdə bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Sonda müharibə veteranı döyüş yolu haqqda xatirələrini bölüşüb, xalqimiza sülh və əmin – amanlıq arzulayıb . 
    
        
                    
            
	
	
				
				
		
	
	
				