Qubanın Zərdabi qəsəbəsi Azərbaycanımızın ilk milli qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin adının əbədiləşdirildiyi yaşayış məntəqəsidir.2020-ci ilin iyulunda Azərbaycan Milli Mətbuatının yaradılmasının 145 illiyinin qeyd olunacağını nəzərə alan Quba rayon icra hakimiyyəti Zərdabi qəsəbəsində geniş tikinti-quruculuq,abadlıq işlərinə start verib.
Görüləcək işləri ictimaiyyət nümayəndələri və icraçı mütəxəssislərlə müzakirə etmək üçün Zərdabi qəsəbəsinə gələn Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev öncə bu yaşayış məntəqəsinin giriş hissəsinin yenilənməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb. İcra başçısının qəsəbə daxili yolların əsaslı təmir olunaraq asvaltlanması, yol kənarlarında müasir işıqlandırma dirəklərinin quraşdırılması, qəsəbə ərazisində yeni istirahət parkının yaradılması, parkın ərazisində Həsənbəy Zərdabinin xatirə büstünün ucaldılması ,mədəniyyət evi-folklor mərkəzinin tikintisi və sair kimi yeniliklər barədə məlumatı zərdabililər tərəfindən sevinclə qarşılanıb.Bu işlərin dövlət başçımız İlham Əliyevin tapşırığı əsasında icra olunduğu minnətdarlıq hissi ilə qeyd olunub. Qəsəbədə abadlıq işlərinin nəzərdə tutulduğu ərazilərə baxış zamanı vurğulanıb ki,ümumilikdə 7 hektara yaxın ərazidə tikinti-quruculuq tədbirləri 2020-ci il iyun ayının sonlarınadək başa çatdırılacaq. Yeni yaradılacaq mədəniyyət və istirahət parkının ərazisi isə 3 hektardan artıqdır.Burada ağsaqqallar üçün söhbətgahlar, uşaq-əyləncə mərkəzləri, idman meydançaları yaradılacaq,atraksionlar və idman qurğuları quraşdırılacaq.Yeni yaşıllıqlar salınacaq,dekorativ bitgilər əkiləcək.Parkda Həsənbəy Zərdabi xatirə kompleksi yaradılacaq və Azərbaycan Milli Mətbutının banisinin büstü ucaldılacaq. Yeni inşa olunacaq mədəniyyət evi-folklor mərkəzi qəsəbənin mədəni həyatına mühüm töhfələr verəcək.Onu da qeyd edək ki, Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binası da inşa olunur.Tikintinin vəziyyəti ilə maraqlanan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, 3 mərtəbəli tədris binası yeni dərs ilində pedoqoji kollektivin istifadəsinə veriləcək.