QUBA FRİTL-DA BİLİK SƏRGİSİ KEÇİRİLDİ

Quba Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən bilik sərgisi keçirildi.

Keçirilən sərgidə hazırladıqları müxtəlif robotları  sərgiləyən şagirdlərlə bərabər biosteam layihəsi iştirakçıları olan şagirdlərin əl işləri sərgi iştirakçılarının marağına səbəb oldu

Bilik sərgisindəki əl işləri arasında tullantılardan geri dönüşüm edərək müxtəlif yararlı əşyalar da göstərildi.

Liseyin şagirdləri Aysun və İlkinin hazırladıqları körpü modeli  özlərinin də dediyi kimi həm tullantılardan hazırlansa da bəzəklərini  Nəzrinin robot dostu Sirac kimi 3D printerin yardımı ilə hazırlanıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən bilik sərgisində şagirdlər yalnız öz bilik və bacarəqlarını sərgiləmədilər, eyni zamanda sərgiyə gələn yeniyetmə və gəncləri sınağa çəkdilər, QALİBLƏRƏ HƏDİYYƏLƏR TƏQDİM ETDİLƏR

Quba Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə təşkil edilən bilik sərgisi sərgiyə gələn qonaqların böyük marağına səbəb oldu.