QLOBAL TURİZM GƏLİRLƏRİ 500 MLRD. DOLLAR AZALA BİLƏR

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, COVID-19 pandemiyasının yaratdığı böhran dünya üzrə xarici turistlərin sayında sabit artım tendensiyasını dayandırıb:

"Əgər 2019-cu ildə səyahət edənlərin sayı 1,5 milyarda çatırdısa, 2020-ci ildə bu rəqəm 30% azalacağı gözlənilir. Bu, turizm gəlirlərinin 500 milyard dollar azalmasına və milyonlarla iş yerinin itirilməsinə səbəb ola bilər. Hökumətlər turizm sektorundakı iş yerlərini qorumaq üçün sərt və qətiyyətli tədbirlər görsələr və iqtisadiyyatı bərpa etmək üçün turizm sektoruna prioritet verərlərsə, böhranın nəticələri yüngülləşdirilə bilər".Baş katib onu da əlavə edib ki, pandemiyanın başlanmasından bəri ölkələrin 96%-i səyahətə tam və ya qismən məhdudiyyət qoyub."Eyni zamanda, COVID-19 pandemiyasının kiçik müəssisələrə zərər verəcəyini də qəbul etməliyik. Turizm sektorunda şirkətlərin 80%-i kiçik və orta müəssisələrdir. Bu, fərdlərin və onların ailələrinin dolanışıqlarını təhlükə altına qoyur", - deyə Z. Pololikaşvili bildirib. koronavirusun sürətlə yayılması fonunda, 2020-ci ildə beynəlxalq səyahətlərin sayının illik müqayisədə ən azı 10,5% azalacağı da istisna edilmir" vəziyyətin daha da pisləşdiyi halda, proqnoz 17,9%-ə qədər enə bilər.