QIŞ TURİZM MÖVSÜMÜ AÇILDI

Mövsümün iki gündür açılmasına baxmayaraq turistlərin marağı olduqca çoxdur.Azərbaycanda qışı maraqlı və əyləncəli, dostlar, sevimli insanlarla birlikdə yaddaqalan keçirmək istəyən hər kəs bunun üçün əsas olaraq hara?

əlbəttə şimal bölgəsinə üz tutur. Qış turizm mövsümünün iki gündür açılmasına baxmayaraq turistlərin marağı olduqca çoxdur. Qış fəslinin gəlməsi, turizm ölkələrində həm də qış turizminin başlaması deməkdir. Azərbaycanda da qış turizmi ilə bağlı son zamanlar xeyli işlər görülür. Bəs görülən işlərin nəticəsində Azərbaycana turist axını hansı səviyyədədir?qış turizm mövsümünə bəs şimal bölgəsi necə hazırlaşıb?suallarımıza cavabı sıradakı sujetdə tapa bilərik. “Ənənəvi olaraq Şahdağ və Qəbələ ərazisindəki Tufandağ turizm kompleksləri aktualdır. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən yararlanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil. Turizm Agentliyindən o da bildirilib ki, qış turizmi agentliyin və Azərbaycan Turizm bürosunun bu ilki fəaliyyət planında geniş yer tutub: “Belə ki, Şahdağ və Tufandağ kurortlarının turizm təkliflərini turistlərə aşılamaq məqsədilə hədəf ölkələri nəzərdə tutan onlayn kampaniyalar həyata keçirilir. “Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun 2020 fəaliyyət planında isə qış xizək kurortlarında turizm fəaliyyət istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub”. daha çox qış turizm mənbəyi hesab edilən Quba-Qusarda isə bütün hazırlıqlar demək olarki görülüb. Artıq rayondakı istirahət mərkəzləri soyuq qış günlərində turistləri qəbul etməyə tam hazırdır. Ölkənin Şimalında qış turizm mövsümü əsasən dekabr-mart aylarını əhatə edir.