QIZMAR YAY GÜNLƏRİNDƏ DİNCƏLƏ BİLƏCƏYİNİZ MƏKAN

Komandamızın keçidi zamanı Azərbaycanın dövlət bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fərid Əzizova daşıyıblar. Azərbaycan dörd illiyin zirvə yarışına 44 idmançı ilə qatılıb. Atletlərimiz “Tokio-2020”də idmanın 13 növü üzrə mübarizə aparacaqlar. “Tokio-2020”yə vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çoxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şose velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) üzrə yarışlarda mübarizə aparacaqlar. Xatırladaq ki, Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.