QIRĞIZISTANLA TÜRKİYƏ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ

Qırğızıstan Prezidenti Sadır Japarov bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Görüşdə ölkələr arasında hərbi-texniki, hərbi-sənaye, təhlükəsizlik və digər məsələlər ətrafında ikitərəfli müzakirələr aparılıb.Sadır Japarov bildirib ki, regiondakı qeyri-stabil vəziyyəti və artan təhlükələri, əsasən də Əfqanıstanda baş verən hadisələri nəzərə alsaq, hərbi-texniki əməkdaşlıq çox mühüm və aktualdır. Prezident deyib ki, biz hər iki ölkədə, həmçinin bütün regionda sülh və sabitlik naminə birgə əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək əzmindəyik.Hulusi Akar qeyd edib ki, Türkiyə tərəfi bütün məsələləri operativ həll etməyə və Qırğızıstan Müdafiə Nazirliyi ilə sıx əlaqə saxlamağa hazırdır. O bildirib ki, əməkdaşlıq çərçivəsində hərbi mütəxəssislərin hazırlığı məsələsi də olduqca vacibdir.