QIRĞIZISTANDA BƏDİİ ŞURA YEKDİL QƏRAR VERDİ

Azərbaycanlı bəstəkar Abbasqulu Nəzəfzadənin bəstələdiyi "İssık-kul" mahnısı Qırğızıstan Dövlət Teleradio kampaniyasının "Qızıl fond"una qəbul edilib. Mahnı nüfuzlu mədəniyyət, incəsənət və ədəbiyyat adamlarından ibarət Bədii Şura üzvlərinin yekdil qərarı ilə bəyənilərək fonda daxil olub.