QAZAXISTAN TÜRKİYƏYƏ AVİAREYSLƏRİN SAYINI ARTIRIR

Qazaxıstan və Türkiyə arasında aviareyslərin sayı bu il sentyabrın 17-dən etibarən artacaq. Bununla bağlı Qazaxıstanda koronavirus infeksiyasının yaranmasının və yayılmasının qarşısının alınması üzrə idarələrarası komissiyanın iclasında qərar verilib. Bu barədə ölkənin Sənaye və infrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.