QAZAXISTAN PREZİDENTİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 958
			
	
        
		
			
		
		
	
	
		Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına  rəsmi səfəri avqustun 24-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.
    
        
                    
            
	
	
				
				
		
	
	
				