QAZAXISTAN PREZİDENTİ AZƏRBAYCANA DÖVLƏT SƏFƏRİNƏ GƏLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 455
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin  martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.
Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				