QAYĞIYA EHTİYACI OLANLARA ANA NƏVAZİŞİ İLƏ YANAŞAN MEHRİBAN XANIM ƏLİYEVA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1366
			
	
        
		
			
		
		
	
	
		Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti  vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				